15 Dekabr 2019 17:01
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada hökumət qüvvələri İdlib bölgəsinə havadan zərbələr endiriblər.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Marratinnuman rayonunun Maarşurin, Tuh və Kebbine kəndlərinə havadan endirilən zərbələr nəticəsində 1 uşaq ölüb, 7 dinc sakin isə yaralanıb. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

Qeyd edək ki, Əsəd ordusunun sonuncu dəfə dekabrın 7-də bölgədə təşkil etdiyi hücumda 19 nəfər həyatını itirmişdi.


Müəllif: Teleqraf.com