16 Dekabr 2019 20:59
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın tərk etmədiyi Suriyanın Deyr- əz-zor bölgəsindən çəkilən görüntülər sosial mediada ajiotaj doğurub.

Teleqraf.com xəbər verir ki, görüntülərdə mülki vətəndaşlar tərəfindən qazılan quyudan neft çıxdığı bəlli olur.

ABŞ hərbçilərinin tərk etdiyi və neft yataqları ilə diqqətçəkən bölgədən çəkilən kadrlar Birləşmiş Ştatların niyə Suriyadan çıxmaq istəmədiyini əyani şəkildə sübut edir.

Hərbi bazalardan geri çəkilən əsgərlər təkcə neft yataqlarının olduğu bölgəyə nəzarət edir. Bu isə YPG-yə açıq dəstək verən rəsmi Vaşinqtonun neft ehtiyatlarından əl çəkmək istəmədiyini göstərir.

Deyr- əz-zorda heç bir qazma vasitəsi olmadan da neft tapmaq mümkündür.


Müəllif: Nərgiz