22 Sentyabr 2014 11:40
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə Husi militanları ilə hökumət arasında paytaxt Sanadakı Prezident sarayında müqavilə imzalanıb.

Teleqraf.com-un dw.de-yə istinadən verdiyi xəbərə görə, saziş hökumət adından müvəqqəti dövlət başçısı Əbdürrəhman Mənsur Əl Hadi tərəfindən imzalanıb.

Mərasimdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndəki xüsusi nümayəndəsi Camal Ben Ömər də iştirak edib.

Ölkədəki böhrana son verməyi qarşısına məqsəd qoyan müqavilədə yeni hökumət qurulması nəzərdə tutulur.

Husi hərbiçilərinin hökumət binasını ələ keçirməsindən sonra baş nazir Məhəmməd Səlim Basendva vəzifəsindən istefa verdiyini açıqlayıb.

Xatırladaq ki, Yəməndə Husi militanlarının üsyanı 2004-cü ildə başlayıb.

Toqquşmalarda indiyədək yüzlərlə adam həyatını itirib. Husi tayfalarının şiə məzhəbinin ilk qoluna bağlı olduğu bildirilir. Yəmənin idarəçiliyində isə sünnilər söz sahibidir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər