İran “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-a cavab verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii bildirib.
“ABŞ qırmızı xətti keçdi, İran xalqı yaxın gələcəkdə buna qətiyyətlə cavab verəcək”, – deyə hökumətin Telegram kanalında onun sözlərindən sitat gətirilir.