Ermənistanda 40 məhbus aclıq elan edibErmənistanda 40 məhbus müddətsiz aclıq elan edib.
APA – nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə məhbusların yazdığı məktubda bildirilir.
“Jurnalistlər insan hüquqları uğrunda” adlı ictimai təşkilatın vasitəsi ilə yayılan məktubda qeyd olunur ki, uzun illər ərzində müvafiq dövlət orqanları qanunlara məhəl qoymurlar, mövcud problemlər isə həll olunmur.