4 Yanvar 2020 12:52
2 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Röyter” agentliyi ABŞ ordusunun iranlı general Qasım Süleymanini hansı səbəbdən öldürdüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Süleymani Dəclə çayı yaxınlığında ABŞ səfirliyinə yaxın bir villada iraqlı şiə milislərlə bir araya gəlib və çox ciddi hücum planı hazırlayıb.

Süleymani şiə milislərə Amerika hədəflərinə yönəlik hücumu müzakirə edib. O, onlara İran tərəfindən təmin ediləcək müasir silahlarla hücum etməklə bağlı təlimat verib.

Məlumata görə, Süleymani SEPAH-çılara isə müasir silahları İran-İraq sərhədi boyunca İraqa daşımaqla bağlı tapşırıq verib.

O da qeyd edilir ki, sözügedən gizli toplantı oktyabr ayında baş tutub və ifşa olunub.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavir Robert O’Brayen dünən jurnalistlərə açıqlamasında Q.Süleymaninin öldürüldüyü günlərdə Dəməşqdən gəldiyini və orada amerikalı əsgərlərə, dənizçilərə və diplomatlara hücum planlaşdırdığını söyləyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər