İranlı general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq, İran əli çatdığı hər yerdə amerikalıları cəzalandıracaq.
Axar.az xəbər verir ki, bunu İslam İnqilabi Keşikçiləri Korpusunun Kirman əyalətindəki komandiri Qulaməli Əbuhəmzə deyib.
O, Hörmüzdə ABŞ gəmilərinə hücum ehtimalı olduğunu bildirib:
"Hörmüz boğazı Qərb üçün əhəmiyyətli nöqtədir və çox sayda ABŞ hərbi gəmiləri oradan keçir. Bölgədəki ABŞ hədəfləri uzun müddətdən bəridir İran tərəfindən təsbit edilib. 35 ABŞ hədəfini müəyyən etmişik".