4 Yanvar 2020 19:08
2 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ABŞ-ın Bağdad hava limanına təşkil etdiyi raket zərbələri nəticəsində öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymaninin Tehrandakı evini ziyarət edib.

Teleqraf.com xəbər verir ki, Ruhani Süleymaninin həyat yoldaşı və övladlarına başsağlığı verib.

"Amerikalıların necə böyük səhvə yol verdiklərini dərk etmirlər. Bu yanlış hərəkətin nəticələrini nəinki bu gün, gələcəkdə də görəcəklər", - deyə İran prezidenti bildirib.

Süleymaninin qızı Ruhaniyə atasının intiamını almaq istədiyini deyib: "Atamın intiqamını kim alacaq? Özüm almaq istəyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər