Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsi məsələsini müzakirə ediblər.
Eləcə də Rusiya Xarici İşlər naziri Sergey Lavrov Cavad Zərif telefonda danışıb.
Nazirlər iranlı generalın öldürülməsinin Yaxın Şərqdə mövcud olan mürəkkəb problemlərin həllinə deyil, bölgədə gərginliyin yüksəlməsinə səbəb olduğunu bildiriblər.