İraqın Baş naziri Adel Abdel Mehdi Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani və Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisinin öldürülməsi ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq hökumətinin başçısının rəsmi Tvitter səhifəsində məlumat verilib.
Matəmin şənbə günündən başlayaraq saxlanacağı bildirilir.