İran dövlət televiziyası Ukrayna təyyarəsinin Tehranda qəzaya uğraması ilə bağlı rezonans doğuran məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, televiziya İran ordusunun təyyarəni yanlışlıqla vurduğunu açıqlayıb.
Məlumatda “Boinq 737” tipli sərnişin təyyarəsinin vurulmasının “insan səhvi” olduğu bildirilib.
Qeyd edilib ki, təyyarə İran İslam İnqilabı Keşikçilərinə (SEPAH) məxsus bölgə üzərindən uçduğu üçün yanlışlıqla hədəf alınıb. Məlumatda İran hökumətinin qəzada əli olan şəxslərin məsuliyyət cəlb edəcəyi bildirilib.
İranın rəsmi xəbər agentliyi “İRNA” təyyarənin qara qutusunun dünən açıldığını açıqlamışdı.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə baş verənlərə görə, ABŞ-ı ittiham etmişdi.