13 Yanvar 2020 22:27
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsəd yanvarın 3-də ABŞ-ın raket zərbələri nəticəsində İraqda öldürülən iranlı general Qasım Süleymaniyə ölümündən sonra “Şərəf” ordeni verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın Baş Naziri İmad Hamis İranın vitse-prezidenti Eshaq Cahangiri ilə görüşündə məlumat verib.

“Bu ordenlə təltifetmə Suriya Prezidentinin general Süleymaniyə və onun İrandakı qardaşlarına dərin hörmətin əlamətidir”, - deyə Hamis vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər