14 Yanvar 2020 13:15
1 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazir Nikol Paşinyan hakim “Mənim Addımım” Partiyası daxilindəki gərginliyə görə parlamenti buraxa bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.

Nəşrin iddiasına görə, son zamanlar Nikol Paşinyanın partiyasına münasibətində soyuqluq hiss olunur:

“Nikolun uzun müddətdir düşündüyü parlamenti dağıtmaq istəyi son zamanlar əsaslı faktlarla böyüyürdü. Baş nazir parlament fraksiyasında fırıldaqçıların təmsil olunduğunu düşünür. Nikol fraksiya üzvlərinə öz vəzifələrini düzgün yerinə yetirmək xəbərdarlığını edərək, əks təqdirdə parlamenti buraxacağı ilə hədələyib.

O, indi bunu həyata keçirə bilmək üçün yalnız Seçki Məcəlləsinə və partiyalar haqqında qanuna dəyişikliklərin qəbul olunacağını gözləyir. Yeri gəlmişkən, Paşinyan 88 nəfərdən ibarət bir fraksiya saxlamağa meylli deyil, daha mobil bir komandaya ehtiyacı var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər