23 Sentyabr 2014 13:47
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunvericiliyini pozduqlarına görə, 1 milyon əncəbinin Rusiyaya girişi qadağan olunub.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski bildirib. Onun sözlərinə görə, belə əcnəbi vətəndaşlar arasında azərbaycanlı, tacik, qırğız və özbəklər üztünlük təşkil edir:

“990 min xarici vətəndaşın artıq bu gün ölkəyə giri bağlanıb. Təbii ki, bu siyahıda MDB ölkələri liderlik edir”.

Romodanovski girişin qadağan olunmasının qeyri-qanuni əmək fəaliyyətinin həyata keçirilməsinin və qanunsuz miqrasiyanın qarşısının alınmasına müsbət təsirini göstərdiyini deyib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: