15 Yanvar 2020 14:43
2 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir sıra ictimai birliklər Rusiya konstitusiyasını dəyişdirmək məsələsini qaldırır, lakin bunun üçün heç bir əsas yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Şurada illik çıxışında söyləyib.

Putin Rusiya konstitusiyasının dörddə bir əsrdən əvvəl qəbul edildiyini, o vaxtdan bəri vəziyyətin ciddi şəkildə dəyişdiyini və bir sıra problemlərə baxmayaraq yaxşılaşdığını qeyd edib.

Eyni zamanda, Rusiya dövlətinin başçısı müzakirə üçün bir sıra düzəlişləri təklif edib:

“Xüsusilə, konstitusiyada əsas vəzifələrə sahib olanlar üçün tələbləri gücləndirmək lazımdır: xarici vətəndaşlığı və ya yaşama icazəsi, həmçinin başqa bir ölkənin ərazisində yaşamaq üçün icazə verən başqa bir sənəd olmamalıdır”.

O, həmçinin prezidentliyə namizəd üçün Rusiyada daimi yaşayış normasını ən azı 25 il müəyyənləşdirməyi təklif edib. Prezidentlik müddətinin sayına qoyulan məhdudiyyətlərə gəlincə, Putin qeyd edib ki, bu normanın nə üçün olduğunu başa düşmür, amma cəmiyyət təkid edirsə, düzəliş edilməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər