Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman ABŞ-ın qoşunlarını İraqdan çıxarmaq niyyətində olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, Conatan Hofman bu barədə açıqlamasında deyib:
“Hazırda İraqdan qoşunları çıxarmaq planımız yoxdur”. O qeyd edib ki, ABŞ suveren və firavan İraqın dostu və tərəfdaşı olmaq istəyir.
Yanvarın 10-da İraq ABŞ-ı xarici qoşunların İraq ərazisindən çıxarılması mexanizmlərini inkişaf etdirmək üçün nümayəndələr göndərməyə çağırıb. Dövlət Departamenti isə Vaşinqtonun İraqla ABŞ qoşunlarının çıxarılmasını müzakirə etmək niyyətində olmadığını bildirib