19 Yanvar 2020 20:29
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 6.4 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla 21:27-də qeydə alınıb. Zəlzələnin episentri Szyaşi (Feyzabad) ərazisində, ocağı isə təxminən 16 km dərinlikdə yerləşib.

380 mindən çox insanın yaşadığı Szyaşidə xəsarət və ya dağıntı barədə məlumat verilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər