Türkiyə ilə qarşıdurmaya getməyin əvəzinə əməkdaşıq təklif edirəm. Çünki Türkiyə ilə mübarizə aparmağımız mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bu sözləri yunan jurnalist Kristis Panayiotidis “Kyprus Mail” qəzetinə deyib.
Türkiyə ilə coğrafi, iqtisadi, say və hərbi istiqamətdə mübarizə aparmağın qeyri-mümkünlüyünü dilə gətirən analitik hesab edir ki, qonşu ölkə ilə mübarizə aparmaq əsassızdır: “Bunun xəyalını quran vətənsevərlər xəyal aləmində yaşamaqdadırlar və oyandıqda çox gec olacaq. Bizim Türkiyəni Şərqi Aralıq dənizində hidrogen ehtiyatları məsələsində önəmli bir aktyor olmasını qəbul etməyimiz lazımdır. Türkiyə onsuz da buna nail olmaq üçün fəaliyyət göstərir”.