22 Yanvar 2020 12:00
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kütləvi nümayişlər səbəbindən ötən il oktyabrın 29-da Livanda istefaya gedən hökumətin yerinə yeni siyasi komanda keçib.

Teleqraf.com xəbər verir ki, “Hizbullah” terror təşkilatı və digər siyasi qüvvələrin dəstək verdiyi Həsən Diyab yeni hökumətin baş naziri seçilib.

Livan Prezidenti Mişel Avn yeni hökuməti qurmaq tapşırığı verdiyi Həsən Diyab və parlament sədri Nəbih Berri ilə görüşüb.

Diyab görüşdən sonra 20 nəfərdən ibarət yeni kabineti ictimaiyyətə təqdim edib.

Əlavə edək ki, Saad Həriri hökuməti kütləvi etirazlar səbəbindən ötən ilin oktyabr ayında istefaya getmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər