Türkiyədə yerli vaxtla 20:55-də 6,8 bal gücündə baş verən zəlzələ TRT 2-nin canlı yayımında hiss olunub.
Teleqraf.com xəbər verir ki, Şanlıurfadakı "Qazancı Bədih və Qəzəlxanlar Anma Gecəsi"nin birbaşa yayımı zamanı verilişin aparıcıları zəlzələ olduğunu duyan kimi tamaşaçıları sakit olmağa səsləyib.
"Qorxmayın" deyə bildirən aparıcılar insanları təşvişə düşməməyə çağırıb.