28 Yanvar 2020 19:21
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astana və Soçi razılaşmaları çərçivəsində yaradılan müşahidə məntəqələrimiz istənilən təxribata adekvat cavab verəcək.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Əsəd rejiminin İdlibin Məarrat ən-Numan mahalını mühasirəyə alması ilə bağlı açıqlamasında deyilib.

Açıqlamada bildirilib ki, Əsəd rejimi dinc əhaliyə divan tutmaqda davam edir.

Qeyd edək ki, Əsəd rejimi İdlibin ən böyük mahalı Məarrat ən-Numanın mərkəzini mühasirəyə alıb.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər