29 Yanvar 2020 14:54
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda müxalifətdə olan bir sıra siyasi təşkilatların rəhbərləri saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, hüquq mühafizə orqanları İrəvanda müxalifətçi liderlərin ofislərinə basqın edib.

Polis VETO hərəkatının qurucusu Narek Malyan, Adekvat Partiyasının qurucusu Artur Danielyan, Konstantin Ter-Nakalyan (“BlogNews”un redaktoru) və digərlərini saxlayıb.

Narek Malyan və Konstantin Ter-Nakalyan qanunsuz silah saxlama, Danielyan isə narkotik saxlamaq şübhəsi ilə polis idarəsinə aparılıb.

İlkin dindirilmədən sonra müxaliflərin buraxıldığı bildirilsə də, baş verənlər sosial şəbəkələrdə etirazlara səbəb olub. Saxlanılan şəxslər İrəvan şəhərində mitinq təyin edib. Baş verənlər “siyasi təqib” kimi qiymətləndirilib.

Etirazların artmasından sonra çıqlama verən hakim “Mənim Addımım” Partiyasının parlament fraksiyasının rəhbəri Lilit Makunts hüquq-mühafizə orqanlarını keçirdiyi əməliyyatları əsaslandırmağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər