29 Yanvar 2020 15:52
1 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Daxili İşlər Nazirliyinin Qərb İnzibati Dairəsinin Daxili İşlər İdarəsinin 5 sabiq əməkdaşı “Meduza” internet-nəşrinin jurnalisti İvan Qolunovun işi üzrə həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS istintaqa yaxın şəxsə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbəti bildirib ki, bu cinayət işində beş keçmiş polis əməkdaşı saxlanılıb. Onlar hazırda Rusiya İstintaq Komitəsi tərəfindən sorğu-sual edilirlər.

Jurnalist İvan Qolunov narkotik ittihamı ilə ötən ilin iyununda həbs olunub. Onun həbsi Rusiyada geniş rezonans doğurub. Həbsindən 5 gün sonra günahı subuta yetirilmədiyi üçün azadlığa buraxılıb.

Rusiya Prezidenti Vladimir Putin bu işlə əlaqədar olaraq Qərb İnzibati Dairəsinin Daxili İşlər İdarəsinin rəisi, general Andrey Puçkovu və idarənin şöbə rəisi Yuri Devyatkini vəzifədən azad edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər