24 Sentyabr 2014 14:06
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərliyi ilə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı Suriyada keçirilən hava hücumları nəticəsində 5-i uşaq və 5-i qadın olmaqla 24 mülki vətəndaş həlak olub.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqları Təşkilatı (SNHR) tərəfindən dərc olunan hesabatda bildirilib.

İdlibte 12 nəfər, Deyr Əz-zor və Hələbdə isə 6 nəfərin həyatını itirdiyi bildirilən hesabatda Suriya rejimi tərəfindən təşkil olunan hücumlarda isə 4-ü uşaq, 2-i qadın olmaqla 28 vətəndaşın həyatını itirdiyi ifadə edilib.

Hesabatda həmçinin, ölənlərdən 8-nin işgəncə nəticəsində öldüyü qeyd edilib.

Xatırladaq ki, dünən Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin də iştirakı ilə ABŞ Suriyada hava hücumlarına başlayıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər