Türkiyənin Elazığ şəhərində daha bir zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, Sivricə rayonunda 4 bal gücündə zəlzələ olub. Təkanlar yerin 1,5 kilometr dərinliyində qeydə alınıb.
Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.