6 Fevral 2020 23:03
3 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Hərbi Dəniz Qüvvələri komandiri kontr-admiral Hüseyn Xanzadi ABŞ əleyhinə kritik açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandanı Qasım Süleymanini öldürməsi ilə Birləşmiş Ştatların süqutun astanasına gəldiyini söyləyib.

"ABŞ general Qasım Süleymaninin qətli ilə bağlı axmaqca hərəkətləri ilə süqutun astanasına gələcəyini bilmirdi", - deyə Hüseyn Xanzadi deyib.

Qeyd edək ki, ABŞ-ın Bağdad hava limanına hücumu nəticəsində yanvarın 3-də Qasim Süleymani, İraqın Haşd-Şabi qüvvələrinin (Xalq Səfərbər Qüvvələri) rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisiöldürülüb


Müəllif: Nərgiz

Oxşar xəbərlər