25 Sentyabr 2014 10:22
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna yaxın zamanlarda defolt elan etməyəcək.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk Nyu-Yorkda ABŞ-ın xarici əlaqələr şurasında çıxışı zamanı deyib. O bildirib ki, Ukraynanın Rusiyadan götürdüyü kredit müqaviləsi də daxil olmaqla bütün borclarını ödəməyə kifayət qədər resursları var:

“Biz əlimizdən gələni edirik ki, ölkənin maliyyə vəziyyəti sabitləşdirilsin. Beynəlxalq valyuta fondu bizə sabit maliyyə proqramı təklif edir. Yəqin ki, biz bu proqramı bir daha nəzərdən keçirəcəyik”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Petro Poroşenkonu Avropa Birliyi ilə azad ticarət sazişini imzaladığı təqdirdə rus bazarında Ukrayna mallarının satışının qadağan olunması ilə təhdid edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər