“Ukrayna hökuməti bu il dövlət aparatının ən azı 10% -ni ixtisar edəcək”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Aleksey Qonçaruk açıqlama verib.
“Bu il biz dövlət aparatını ən azı 10% azaldacağıq. İT alətlərini tətbiq etməklə böyük qənaət gözləyirik. Yəni dövlət xidmətlərinin bir hissəsi internetə köçürüləcək”, - baş nazir vurğulayıb.
Onun fikrincə, dövlət orqanlarının strukturları daha yığcam və səmərəli olmalıdır.
Məlumatda Ukrayna Prezidenti Vladimir Zelenskinin ona təklif olunmuş bu planı müsbət qarşıladığı bildirilib.