11 Fevral 2020 13:42
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq məhkəməsi türk diplomat Osman Köşəni öldürənlərdən ikisi haqda edam qərarı çıxarıb.

Teleqraf.com bildirir ki, bu barədə Şimali İraq Kürd Muxtariyyətinin Rudav xəbər saytı məlumat yayıb.

Ərbil Məhkəməsi türk diplomatın öldürülməsi əməliyyatında iştirak edən 6 nəfər haqqında qərar çıxarıb: 2 nəfər edam, 1 nəfər 1 il, 3 nəfər isə 3 il müddətinə həbs.

Xatırladıq ki, 2019-cu ilin 17 iyulunda Ərbildəki restorana edilən silahlı hücum nəticəsində türk diplomat şəhid edilmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər