11 Fevral 2020 13:35
2 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ABŞ əsgərlərinin olduğu İraqdakı Əl Əsəd bazasına həyata keçirdiyi raket hücumundan sonra beyn travması diaqnozu qoyulan əsgərlərin sayı 109-a çatıb.

Teleqraf.com xəbər verir ki, Pentaqon bu məlumatı təsdiq edib.

Yanvar ayında beyn travması alan əsgərlərin sayının 64 nəfər olduğu açıqlanmışdı.

Qeyd edək ki, ABŞ yanvarın 3-də Bağdad hava limanında İran generalı Qasım Süleymanini məhv etmişdi. İran buna qarşılıq olaraq yanvarın 8-də ABŞ əsgərlərinin olduğu Əl Əsəd bazasına raket zərbələri endirmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər