ABŞ və Rusiya prezidentləri Donald Tramp (89 bənd) ilə Vladimir Putin (84) 2019-cu ildə dünyanın ən məşhur siyasətçiləri statusunu qoruyublar.
Bu barədə “Gallup International" sorğusunun hesabatında deyilir.
Ən məşhur siyasətçilərinin ilk “5-liy”ində həmçinin Almaniyanın kansleri Angela Merkel (77), Roma papası Fransisk (76) və Fransa Prezidenti Emmanuel Makron (73) da var.
Ən az tanınan siyasətçilər isə Hindistanın baş naziri Narendra Modi (54), Braziliya Prezidenti Jair Bolsonaru (56) və İran Prezidenti Həsən Ruhani (60) olub.
Hesabatda o da qeyd olunur ki, rəyi soruşulanlar daha çox Roma papası Fransiskə (53%) simpatiya bəsləyir. Bu baxımdan sonrakı yerlərdə Almaniya kansleri Angela Merkel (46%), Fransa lideri Emmanuel Makron (40%), Hindistanın baş naziri Narendra Modi (26%), Böyük Britaniyanın baş naziri Boris Conson (30%), Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (30%) qərarlaşıb.
D.Trampa qarşı kəskin mənfi münasibət daha çox Qərbi Avropa ölkələrində (63%) və Yaxın Şərqdə (73%) qeydə alınıb. Hindistanda (45%) və Afrika ölkələrində (10%) ona münasibət yüksəkdir./Report/