13 Fevral 2020 21:32
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş Qərargah rəhbəri Yaşar Gülər və rusiyalı həmkarı Valeri Gerasimov arasında telefon söhbəti olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər İdlib ətrafındakı vəziyyət, Suriyada son proseslər, həmçinin ikitərəfli məsələlərə dair müzakirələr aparıblar.

Rusiya tərəfi Türkiyəni İdlibə həddindən artıq qoşun yeritməkdə, Suriya və Rusiya qoşunlarının mövqelərini atəş altında saxlamaqda ittiham edib və buna səssiz qalmayacaqlarını bəyanlayıblar.


Müəllif: Teleqraf.com