17 Fevral 2020 15:37
4 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kreml Fransa Prezidenti Emmanuel Makronun Rusiya-Fransa və Rusiya-Avropa İttifaqı dialoqunun inkişafına sadiq olduğuna əmindir, bunu bir çox böhran vəziyyətlərindən çıxış yolları baxımından mübahisəsiz hesab edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Bundan əvvəl Makron Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, Avropanın Rusiya ilə dialoqa ehtiyacı olduğunu bildirib və qeyd edib ki, dialoqun hədəfi bölgədə dondurulmuş münaqişələrin həlli, kiber təhlükəsizlik məsələlərini müzakirə etmək olmalıdır.

Makronun “dondurulmuş münaqişələr” deyəndə, keçmiş SSRİ məkanını əhatə edən Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ), Gürcüstan-Rusiya (Abxaziya və Cənubi Osetiya), Rusiya-Ukrayna (Krım və Donbas) və digər regional münaqişələri nəzərdə tutduğu istisna edilmir.

Ekspertlərin fikrincə, Rusiyanın sözügedən münaqişələrdə birbaşa və dolayı yolla iştirakı bu məsələlərin həllini rəsmi Moskva ilə əldə etmək daha məqsədəuyğundur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər