Ukrayna dövlət başçısı Petro Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) tərəfindən hazırlanan Ukraynanın Qorunması və Müdafiə Qabiliyyətinin Gücləndirilməsinə Yönəlik Təcili Tədbirlər haqqında qanunu təsdiq edib.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, MTMŞ-ın 28 avqust tarixli iclasında ölkənin milli təhlükəsizliyinə yönəlik təhdidləri dəf etmək üçün qərara alınan təcili tədbirlər arasında Rusiya ilə sərhəd qapılarının müvəqqəti olaraq bağlanması ilə bağlı maddə də yer alır.
Poroşenko tərəfindən təsdiq olunan qərar bu il və gələcək illər üçün ölkənin xarici siyasət sahəsində ABŞ, Avropa İttifaqı və NATO ilə əlaqələri də ehtiva edən milli prioritetlərini müəyyənləşdirir.
Qərara əsasən Nazirlər Kabineti Ukraynanın əlaqəsiz statusunun imtinasına dair təcili bir qanun layihəsini hazırlayaraq parlamentdə müzakirədən sonra dövlət başçısına təqdim etmək, Rusiya Federasiyası ilə danışıqlar üçün ümumi qaydaları hazırlamaq, milli iqtisadiyyatı xüsusi dövrün şərtlərin görə tənzimləmək, Rusiyaya qarşı xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlər barədə təklif etmək, Rusiya ilə həmsərhəd keçid məntəqələrinin müvəqqəti bağlanılmasını təmin etmək, Ukraynaya idxal ediləcək təhlükəsizlik və müdafiə materiallarını vergidən azad etmək, hərbi personalın maaşlarını yüksəltmək, şərqdə terrorizmlə mübarizə əməliyyatlarında ölən və ya yaralanan əsgərlərin ailələri üçün mənzil təmin etmək məsələlərində səlahiyyətli olacaq.
Xarici İşlər Nazirliyinə isə Şimali Atlantika Şurası ilə Ukrayna arasında xüsusi tərəfdaşlıq şərtlərinin təmin olunması üçün NATO-ya müraciət etmək, bununla bağlı məsləhətləşmələr aparmaq, Ukraynanın Nüvə Silahların Yayılmasının Qarşısının Alınması Müqaviləsinə dair memorandumu imzalayan ölkələrə müraciət etmək, ABŞ və Böyük Britaniya hökumətlərinə Ukraynada hərbi yardım etmələri barədə müraciət etmək tapşırılıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.