Novotoşkovsk, Orexovo, Krımskoye və Vilny Xutor yaşayış məntəqələri yaxınlığında döyüşlər başa çatıb.
Teleqraf.com xəbər verir ki, döyüş nəticəsində Ukrayna bir əsgər itirib, dörd nəfər yaralanıb.
Bu barədə Birləşmiş Qüvvələrin əməliyyat qərargahının mətbuat mərkəzi məlumat yayıb. Qeyd edilib ki, hazırda bu yaşayış məntəqələri yaxınlığında döyüş dayandırılıb.
“Ukrayna tərəfindən təəssüf ki, bir nəfər həlak oldu. Dörd nəfər yüngül yaralanıb, onlara tibbi yardım göstərilir. Düşmən tərəfi bir itki verib, beş ağır yaralananı var. Qarşı tərəf atəşkəs rejimi istədi”, – deyə bildirilib.
Qeyd edilir ki, vəziyyət tam nəzarətdədir.
“Ukraynanı təcavüzkardan qorumağa davam edirik”, – deyə Birləşmiş Qüvvələrin əməliyyat qərargahı məlumat yayıb.