19 Fevral 2020 00:13
7 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İdlibdəki səylərinin əsas məqsədi Soçi Memorandumunun şərtlərinin yerinə yetirilməsinə qayıtmaqdır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki müşahidə postları köçürülməyəcək. Onun sözlərinə görə, bölgənin mülki əhalisini qorumaq üçün Ankara İdlibə hərbçilər və texnika göndərməyə davam edəcək.

Mətbuat katibi vurğulayıb ki, İdlib deeskalasiya zonasında xidmət edən Türkiyə hərbçilərinə qarşı hər hansı bir təxribatın qarşısı ən qətiyyətli şəkildə alınacaq.

İdlibdə vəziyyətin nizamlanması üzrə Türkiyə-Rusiya danışıqlarını şərh edən İ.Kalın bildirib: "Danışıqlar hələki bizi qane edə biləcək heç bir nəticə verməyib. Biz təklif olunan sənədləri və xəritələri rədd etdik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər