Brüsseldə keçirilən NATO Parlament Assambleyasının iclasında Yunanıstan deputatları gərginlik yaratmağa cəhd ediblər.
Teleqraf.com xəbər verir ki, Yunanıstan tərəfi Türkiyəyə qarşı ittihamlar səsləndirdiyi üçün spiker yunan deputatlara Türkiyə nümayəndə heyətinin rəhbərinə sual ünvanlanmağa icazə verməyib.
Türkiyənin NATO-dakı daimi nümayəndəsi səfir Basat Öztürkün çıxışından sonra yunan deputatlar sual vermək istəsə də, spiker onların istəyini rədd edib.
Bundan qəzəblənən yunanıstanlı deputatlar iclas salonunu tərk ediblər