20 Fevral 2020 23:19
4 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğan təlimatı verdi, hədəfi göstərdi. A, B, C planlarımız hazırdır. Vaxtı gələndə tətbiq ediləcək. Soçi anlaşmasının arxasındayıq, tərəflər əməl etsin.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyənin Rusiya ilə üz-üzə gəlmək niyyəti yoxdur: "Yeganə məqsədimiz rejimin qətliama son verməsi və beləliklə radikallaşma və miqrasiyanın qarşısının alınmasıdır. Lazım gələrsə, güc tətbiq edərək atəşkəsi təmin edəcəyik, kim olur olsun. Bu məsələdə qətiyyətliyik".

Nazir Kremllə rəsmi Ankara arasında dialoqun davam etdiyini söyləyib: "Rusiya ilə olduqca sıx təmaslar qurulur. Eləcə də ABŞ bizim strateji tərəfdaşımızdır, NATO üzvüyük"


Müəllif: Nərgiz

Oxşar xəbərlər