22 Fevral 2020 11:19
7 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt koronovirus (Kovid-19) səbəbindən İrana təyyarə reyslərini dayandırdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Küveyt Mülki Aviasiya Xidməti məlumat yayıb.

Açıqlamada qərarın Səhiyyə Nazirliyinin təlimatından sonra verildiyi bildirilib. Bundan başqa İrandan gələn Küveyt vətəndaşlarının karantinə alınacağı, iki həftə ərzində İranda olan xarici vətəndaşların ölkəyə girişinin qadağan olunacağı vurğulanıb.

Koronavirusun sürətlə yayılması səbəbindən Küveytdən İrana getmək istəyən vətəndaşlara da vizaların verilməsi dayandırılıb. Üstəlik, Küveyt vətəndaşlarına İrana səfər etməmələri tövsiyə olunub.

İranda “Kovid-19” virusuna 18 nəfərin yoluxduğu, 5 nəfərin bu xəstəlikdən öldüyü təsdiq edilib.


Müəllif: Mənsur Rəğbətoğlu