Ukrayna Silahlı Qüvvələri ilə işğal edilmiş Donetsk bölgəsindəki separatçı ordu arasında döyüşlər davam edir.
Teleqraf.com xəbər verir ki, separatçı qüvvələr Ukrayna ordusunun mövqelərini atəşə məruz qoyub.
Hazırda iriçaplı silahlar və hərbi texnikaların iştirakı ilə Aleksandrovka və Maryinka istiqamətində döyüşlərin davam etdiyi bildirilib.
Gecə saatlarında rus separatçıların təmas xəttini keçmək cəhdlərinin qarşısı alınıb. Nəticədə separatçı ordunun bir hərbçisi həlak olub.