Ermənistanın Tehrandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu gündən etibarən Ermənistanın Tehrandakı səfirliyi və konsulluq idarəsi fəaliyyət göstərməyəcək və qəbul olmayacaq.
Ermənistan səfirliyinin fəaliyyətini hansı səbəbdən dayandırdığı açıqlanmayıb.
Qeyd edək ki, İranda koronavirusun yayılması ilə əlaqədar bir neçə ölkə İrana uçuşları dayandırıb.