24 Fevral 2020 18:10
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İraqdakı səfiri İrac Məscədi İraqın Səhiyyə naziri Cəfər Sadiq Əlləvi ilə bölgədə koronavirusun yayılmasına qarşı mübarizə yollarını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, görüşdə virus təhlükəsinə qarşı birgə əməkdaşlığın qurulması məsələsinə də toxunulub.

Müzakirə zamanı İraqda koronavirusun qarşısını almaq və nəzarət etmək üçün kifayət qədər vəsaitin olmaması səbəbindən İranlı səyyahların və zəvvarların İraqın quru sərhədlərini keçməsinə icazənin verilməməsi təsdiq edilib.


Müəllif: Mənsur Rəğbətoğlu