24 Fevral 2020 22:26
2 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində 2500-dən çox insanın ölümünə səbəb olan koronavirusdan (covid-19) qorunmaq üçün görülən ilginc tədbirlərə biri də əlavə olunub.

Teleqraf.com xəbər verir ki, Çində çəkilən videoda market işçilərinin xüsusi hazırlanan sellofan torba arxasında alış-veriş etdikləri görünür.

Məlumata görə, əksər marketlər öz əməkdaşlarının koronavirusdan qorunmasını təmin etmək məqsədilə həmin formadan sifariş ediblər.

Beləcə market satıcıları xüsusi formada hazırlanan salafanların arxasında durur, müştəri ilə bir-birinin nəfəsini hiss etmədən təmasa girərək, satdıqları malların pulunu alırlar.

Çində yeni çəkilən bu görüntülər sosial şəbəkədə xüsusi maraqla izlənilir.


Müəllif: Cavad