27 Fevral 2020 00:16
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına bir sıra dövlətlərə səfərlərdən imtina etməyi məsləhət görüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda deyilir.

Rusiya XİN ölkə vətəndaşlarına koronavirus infeksiyasının yayılması səbəbindən İran, Koreya və İtaliyaya səfər etməmək məsləhət görür. Həmçinin, XİN həmin ölkələrdə olan vətəndaşlarından əlaqə məlumatlarını olduqları ölkədəki Rusiya səfirliyinə telefon və ya elektron poçtla təqdim etməyi istəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər