29 Fevral 2020 12:55
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qara dəniz donanmasının böyük desant gəmisi olan “Orsk” İdlib böhranı fonunda Aralıq dənizi akvatoriyasına daxil olub.

Axar.az xəbər verir ki, bu məlumatı Türkiyə mətbuatı yayıb.

Məlumata görə, Rusiya hərbi gəmisini İstanbul dəniz polisinin və Türkiyənin Sahil Mühafizəsi Xidmətinin katerləri müşayiət ediblər. Bu gəminin Suriyaya son bir ildə ilk dəfə getdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Suriyaya Kalibr raketləri ilə təchiz edilən “Admiral Makarov” və “Admiral Qriqoroviç” gəmiləri də göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər