29 Fevral 2020 16:14
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi koronavirusa yoluxub.

Teleqraf.com Report.az-a istinadən xəbər verir ki, 59 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib və karantinə alınıb.

Telekanal İranda indiyədək koronavirusdan 212 nəfərin öldüyünü də açıqlayıb.

Qeyd edək ki, o, 2005-2008-ci illərdə ölkənin daxili işlər, 2013-2017-ci illərdə isə ədliyyə naziri işləyib.

İranda rəsmi məlumata görə koronavirusdan ölənlərin sayı 43, infeksiya daşıyıcılarının sayı 593 nəfərdir. Onların 5-i deputatdır. Eyni zamanda 123 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, daha əvvəl İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirusa yoluxub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər