26 Sentyabr 2014 13:43
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Duması Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni ratifikasiya edib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, müqavilə bu il mayın 29-da Rusiya, Belarus və Qazaxıstan prezidentləri tərəfindən imzalanıb.

Avrasiya İqtisadi İttifaqı məhsulların, xidmətlərin və işçi qüvvələrinin sərbəst hərəkətini, 3 ölkənin əlaqələndirilmiş iqtisadi siyasətinin yürüdülməsini nəzərdə tutur. Sənəd vahid gömrük ittifaqına keçidi ehtiva edir.


Müəllif:

Oxşar xəbərlər