Ukrayna Premyer Liqasında 21-ci tura yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə "Karpatı" ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.
P.Paşayev sözügedən matçda iştirak etməyib. Onun adı iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Aleksandriya" hazırda 37 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.