1 May 2014 22:00
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetskdə separatçılar vilayət prokurorluğuna hücum edib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, hadisə zamanı 15 nəfər yaralanıb. Onların arasında odlu silahdan açılan atəşlə yaralananlar var.

Yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib. Hadisə yerinə 3 təcili yardım briqadasının cəlb edildiyi bildirilir.

Qeyd edək ki, separatçılar silah tətbiq etməklə Donetsk vilayət prokurorluğunu ələ keçiriblər.

Nihad


Müəllif: