İranda bu günədək (7 mart) 5 823 nəfər yeni koronavirusa (COVID-19) yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rəhbəri Kiyanuş Cahanpur bildirib.
Kiyanus Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 1076 nəfər bu virusa yoluxub.
Cahanpur əlavə edib ki, ötən sutka ərzində 21 nəfər koronavirusdan ölüb və ümumilikdə bu virus nəticəsində dünyasını dəyişənlərin sayı 145 nəfərə çatıb.
Nazirlik rәsmisi 1 669 nәfәrin sağaldığını deyib.
Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 4 747 nəfərin yeni koronavirusa yoluxduğunu, 124 nəfərin öldüyünü və 913 nəfərin sağaldığını bildirmişdi.